Kubo üçün 3 klubdan təklif var

"Real Sosyedad"ın yaponiyalı futbolçusu Takefuso Kubo üçün 3 klubdan təklif var.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Tottenhem", "Atletiko Madrid" və "Paris Sen-Jermen" 24 yaşlı futbolçunu transfer etmək istəyir.

T.Kubokunun transfer qiyməti 40 milyon avrodur. Ciddi təklif gələrsə, "Sosyedad" qiymətdə endirim edə bilər.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.