Kubok oyunları "CBC Sport"un efirində

Ölkə kubokunun 1/4 final mərhələsində bu gün keçiriləcək "Qəbələ" - "Sabah" və "Qarabağ" - "Keşlə" oyunları canlı yayımlanacaq.

SportLine.az xəbər verir ki, hər iki qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı saat 14:00, "Qarabağ" - "Keşlə" görüşü isə 19:00-da başlayacaq.