Kubokun oyunları canlı yayımda

Ölkə kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək “Səbail” – “Zirə” və “Sumqayıt” – “Neftçi” cavab oyunları canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, qarşılaşmalar "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, “Səbail” – “Zirə”  matçı saat 16:00, “Sumqayıt” – “Neftçi” görüşü isə 19:00-da başlanacaq.