Kurtuanın komandaya dönüş vaxtı açıqlanıb

Belçikalı qapıçı zədədən qayıdır.

Sportline.az Marca-ya istinadla xəbər verir ki, “Real Madrid”in əsəs qapıçısı Tibo Kurtua çarpaz diz bağı yırtığından tam sağalmağa yaxındır.

Kurtua mart ayının 27-dən tam məşqlərə qayıdacaq.Bu isə onun 21 apreldə keçiriləcək “El-Klasiko”da cıxış etmək şanslarını artırır.

Xatırladaq ki, təcrübəli qapıçı ötən ilin avqust ayında məşqdə ağır zədə almışdı.Ona sol dizinin ön çarpaz bağlarının yırtılması diaqnozu qoyulmuşdu.