"Mançester Siti"də köklü dəyişiklik
“Mançester Siti”də Enzo Mareskanın rəhbərliyi altında heyət yenilənməsi davam edir. Transfer pəncərəsinin son günlərində klubdan daha üç futbolçununda ayrılması gündəmdədir.
Sportline.az xəbər verir ki, “Mançester Siti” artıq Bernardo Silva, Rodri, Con Stounz, Natan Ake, Manuel Akanji, Ticcani Reynders və Ceyms Trafford kimi futbolçularla yollarını ayırıb.
Bundan başqa, Niko Qonzales, Omar Marmuş və Savinyonun da klubdan ayrılması ehtimalı yüksəkdir. Qonzales “Nyukasl”ın, Marmuş və Savinyo isə “Tottenhem”in maraq dairəsindədir.
Beləliklə, Mareskanın rəhbərliyi altında “Mançester Siti”də ümumi 10 futbolçunun klubdan ayrılması ilə ciddi heyət dəyişikliyi yaşanacaq.