"Yuventus"da ayrılıq yaşanıb
İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi Artur Melo ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, Turin təmsilçisinin mətbuat xidməti tərəflər arasında müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyini açıqlayıb.
30 yaşlı braziliyalı futbolçu azad agent statusu alıb.
“Yuventus” Artura gələcək karyerasında uğurlar arzulayıb.
“Qremio”nun yetirməsi olan Melo karyerası ərzində “Barselona”, “Liverpul” və “Fiorentina”nın da formasını geyinib. O, ötən mövsümü icarə əsasında “Qremio”da keçirib.
Artur Melo “Yuventus”un heyətində ümumilikdə 63 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.