"Real Betis"dən yeni transfer

"Betis" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, İspaniya klubu "AZ Alkmar"dan Troy Perrotu transfer edib.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Betis" irlandiyalı forvard üçün Niderland klubuna 16 milyon avro ödəyib.

Onunla 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Perrot 2025/26 mövsümündə "AZ Alkmar"ın heyətində 48 matçda 31 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.