La Liqa matçı ABŞ-də keçiriləcək

UEFA “Vilyarreal” – “Barselona” matçının ABŞ-da keçirilməsini rəsmən təsdiqlədi.

Sportline.az xəbər verir ki, UEFA La Liqanın “Vilyarreal” – “Barselona” görüşünü ABŞ-da keçirmək təklifini rəsmən təsdiqləyib. Beləliklə, bu matç Avropadan kənarda təşkil olunacaq ilk İspaniya çempionatı oyunu olacaq.

Görüşün 2026-cı ilin yanvarında Mayami şəhərində keçirilməsi planlaşdırılır. Bu addım La Liqanın qlobal miqyasda tanıtımını gücləndirmək və Şimali Amerikadakı azarkeşlərə daha da yaxın olmaq strategiyasının bir hissəsidir.