La Liqada ayın ən yaxşı baş məşqçisi seçilib
“La Liqa”nın rəsmi saytına görə, “Elçe”nin baş məşqçisi Eder Sarabiya ayın ən yaxşı məşqçisi seçilib.
Sportline.az xəbər verir ki, sentyabr ayında 44 yaşlı mütəxəssisin rəhbərliyi altında “Elçe” iki qələbə və iki heç-heçə əldə edib. “Franjiverdes” “Real Ovyedo”nu (1:0) və “Selta”nı (2:1) məğlub edib, “Sevilya” (2:2) və “Osasuna” (1:1) ilə isə bərabərə qalıb.