Lamin Yamal kobudluqdan bezib

“Barselona” və İspaniya millisinin ulduz futbolçusu Lamin Yamal ona edilən qayda pozuntalarının çox olmasından narahatdır.

Sportline.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, top 5 liqada ən çox kobudluq edilən futbolçu Lamin Yamaldır. Rəqib oyunçular L.Yamala qarşı 38 dəfə qaydanı pozublar.

“Barselona” klubun rəhbərliyi bundan narahatdır. Oyunçunun zədələnməsindən ehtiyat edirlər.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 5 qol və 5 asistlə yadda qalıb.