Laport İspaniya nəhənginin hədəfindədir
“Əl-Nəsr”in ispaniyalı futbolçusu Emerik Laport klubdan ayrıla bilər.
Sportline.az “As” qəzetinə istinadən xəbər verir ki, “Real Madrid” 30 yaşlı futbolçu ilə yaxından maraqlanır. Laport “Real”da çıxış etməyə müsbət yanaşır.
Emerik Laportun “Transfermarkt” portalına görə dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, E.Laport daha öncə “Atletik Bilbao” və “Mançester Siti” kimi klublarda çıxış edib.