“Las Palmas” səfərdə “Valensiya”nı məğlub etdi

La Liqanın 10-cu turunun son matçı “Valensiya” və “Las Palmas” komandaları arasında olub.

Sportline.az xəbər verir ki, gərgin keçən görüşdə “Las Palmas” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qollar: Aleks Munyoz 43, Fabio Silva 53, Alberto Moleiro 84, Pepelu 14 (pen), Sezar Tarreqa 90+4

“Valensiya”nın 26 yaşlı ispanyalı futbolçusu Pepelu 69-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Las Palmas” 6 xalla 19-cu yerdə qərarlaşır. Eyni xala malik “Valensiya” isə aşkar autsayderdir.