"Latsio" "Budyo Qlimt"lə matça itkilərlə çıxacaq
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, “Latzso” Norveçdə “Budyo Qlimt”lə üz-üzə gələcək.
İtaliya klubunda Nuno Tavareş, Patrik, Ariyon İbrahimoviç zədə, Nikola Rovella isə cəza səbəbindən baş məşqçi Marko Baronin sərəncamında olmayacaq.
“Budyo Qlimnt”də isə yeganə itki Daniel Bassidir. Görüşü ingiltərəli hakim Maykl Oliver idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.