Lautaro Martines üçün yubiley
"İnter"in forvardı Lautaro Martines UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 20-yə çatdırıb.
Sportline.az xəbər verir ki, argentinalı hücumçu bunu ötən gecə "Bavariya" ilə oyunda reallaşdırıb.
Bunadək sözügedən turnirdə 55 oyuna çıxan futbolçu 20 qolla yanaşı 6 məhsuldar ötürmənin də müəllifidir.
Qeyd edək ki, Martines 1/4 finalın cavab matçının 58-ci dəqiqəsində münhenlilərin qapısına yol tapmışdı.