Leao Mançester şəhərinə köçə bilər
"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao mövsümüm sonunda satıla bilər.
Sportline.az "Fichajes"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" Leao üçün transfer yarışına girib.
"Milan" 25 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Leaonun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 36 oyunda 9 qol və 7 asistlə yadda qalıb.