"Legiya" fanatları Mahir Emreliyə səs verdilər

“Legiya” azarkeşləri Çempionlar Liqasının I təsnifat mərhələsinin “Budo Qlimt”lə (3:2) oyunun ən yaxşılarına səs veriblər.

Sportline.az xəbər verir ki, polşalı azarkeşlər Norveç klubu ilə oyunda Mahir Emreliyə də səs verməyi unutmayıblar. “Budo Qlimt”lə matçda dubl edən millimizin forvardı 8,56 balla oyunun ən yaxşılarından seçilib.

Qeyd edək ki, legia.net saytında fanatlar arasındakı səsvermədə Mahir 8,56 bal yğıbısa, Lukinyos 9 balla birinci seçilib.