“Leipziq” “Dortmund”la matça itkilərlə çıxacaq
Almaniya Bundesliqasında 6-cı turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Borussiya Dortmund" "Siqnal İduna Park"da "Leipziq"lə qarşılaşacaq.
Meydan sahiblərində Aaron Anselmino, Emre Can və Julien Duranvil baş məşqçi Niko Kovaçın sərəncamında olmayacaq.
"Leipziq"də isə itkilərin sayı kifayət qədərdir. Amadu Haydara, Kevin Kampl, Timo Verner, Xaver Şlager, Benyamin Henriks, Kosta Nedelikoviç və Maks Finkqraf zədə səbəbindən oyunu buraxmalı olacaq.
Qeyd edək ki, start fiti 17:30-da səslənəcək matçı Saşa Ştegemann idarə edəcək.