"Lester" 1/4 finalda
UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Gecənin ən maraqlı görüşü İngiltərə olacaq. İlk oyunda məğlub olan "Lester" doğma azarkeşlər önündə "Sevilya"nı üstələməlidir. "Tülkülər"ə 1/4 finala adlamaq üçün bir cavabsız qol kifayət edəcək. Ancaq "əndəlüslər"in vuracağı bir qol vəziyyəti dəyişəcək.
14 mart 2017
Çempionlar Liqası, 1/8 final (Cavab oyunu)
“Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:0
QOLLAR: Morqan, 27 (1:0); Olbrayton, 54 (2:0)
QIRMIZI VƏRƏQƏ: Nəsri, 74 ("Sevilya")
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:2