"Lester Siti" 16 yaşlı oyunçusu ilə vidalaşa bilər
"Lester Siti"nin 16 yaşlı futbolçusu Jeremi Monqa yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Mançester Siti" ingiltərəli sol cinah vingerini transfer etmək üçün yarışa girib.
Sözügedən oyunçunun dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.
Qeyd edək ki, J.Monqa bu mövsüm meydana çıxdığı 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.