"Lester"in prezidentinin helikopteri qəzaya uğradı

"Lester"in prezidenti Viçay Şrivaddxanaprabhaya məxsus helikopter ötən gün qəzaya uğrayıb. SportLine.az BBC-yə istinadən xəbər verir ki, hadisə quyruq vintinin işləməməsi səbəbilə yaşanıb. Öz oxu ətrafında dövrə vuran helikopter parklama yerinə düşüb və yanmağa başlayıb.

Hadisə "Lester"in oyunlarını keçirdiyi "King Power" stadionunun yaxınlığında qeydə alınıb. Məlumatda yazılıb ki, klub prezidenti İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində "Vets Hem"ə qarşı görüşü (1:1)  izləmək üçün stadionda olub. Hadisə oyundan yarım saat sonra qeydə alınıb. 

Məlumatda V.Şrivaddxanaprabhanın hadisədə həyatını itirdiyi bildirilsə də, hələ ki, bu  barədə rəsmi açıqlama verilməyib.