Levandovski getsə Deyvid gələcək
“Barselona”nın polşalı futbolçusu Robert Levandovskinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “As” qəzetinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Levandovskinin yerinə “Lill”in kanadalı futbolçusu Conatan Deyvidi transfer etmək istəyir.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Deyvidin “Lill” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.