Levandovski MLS-ə gedir

"Barselona"nın futbolçusu Robert Levandovski yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, polşalı forvard karyerasını MLS-də davam etdirəcək.

"Cadena SER" nəşrinin yaydığı məlumata görə, "Çikaqo Fayr" 37 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, R.Levandovski bu mövsüm meydana çıxdığı 43 matçda 18 qol, 4 asistlə yadda qalıb.