“Leypsiq”dən “Yuventus”a keçib
"Leypsiq"in hücumçusu Lois Openda karyerasını İtaliyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, belçikalı futbolçu "Yuventus"a transfer olub.
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 25 yaşlı oyunçu bir illik icarə əsasında "qoca sinyora"nın şərəfini qoruyacaq. A Seriyası təmsilçisi bu keçid üçün Bundesliqa klubuna 3,3 milyon avro ödəyib.