“Lids Yunayted” “Sevilya” klubuna 20 milyon avro ödəməyə hazırdır

"Lids Yunayted" Ruben Varqas üçün "Sevilya" klubuna 20 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.

İngiltərə klubu yanvar ayında rəsmi təklif göndərəcək.

Qeyd edək ki, R.Varqasın "Sevilya" klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.