“Lill” “Brann”a qarşı
UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Lill” öz meydanında Norveçin “Brann” komandası ilə qarşılaşacaq.
Fransa təmsilçisində Benjamin Andre, Ousman Ture, Romain Perraud və Tomas Mönye zədədən əziyyət çəkir.
“Brann”da isə Seri Larsen, Niklas Yansen Vassberq və Sakarias Opsal oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Lill” – “Brann” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.