"Lill"in gənc oyunçusunun transfer qiyməti bilinib

"Lill" 18 yaşlı yarımmüdafiəçisi Ayyob Bouaddi üçün 60 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.

18 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 18 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Fransa U-21 millisinin üzvü ilə "Real Madrid", "Arsenal" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.