“Lion” brazilyalı futbolçunu icarəyə götürməkdən imtina edib

“Real Madrid”in brazilyalı forvardı Endrik “Lion”a icarə əsasında transfer olmayacaq.

Sportline.az xəbər verir ki, Fransa klubunun rəhbərliyi bu keçiddən imtina edib.

Bu haqda jurnalist Markos Benito məlumat yayıb.

Qeyd edək ki, Endrik bu mövsüm cəmi 1 matçda iştirak edib.