“Lion” Endriki istəyir
“Real Madrid”in brazilyalı forvardı Endrik “Lion”un maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, Fransa klubu 19 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Bu haqda jurnalist Eduardo Burqos öz “X” hesabında paylaşım edib.
Qeyd edək ki, Endrikin dəyəri “Transfermarkt” portalına görə, 35 milyon avrodur.