"Lion" istəyinə çatdı
Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Lion" daha bir transferlə heyətini gücləndirib. SportLine.az xəbər verir ki, I Liqa təmsilçisi "Çelsi"nin üzvü Bertran Traorenin keçidini həll edib. Transfer Fransa klubunu 20 milyon avro xərcə salıb.
Qeyd edək ki, B.Traore ötən mövsüm icarə əsasında "Ayaks"da oynayıb.