"Lion" - "Mançester Yunayted": Heyətlərdəki son durum
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, turnirin əsas favoriti “Mançester Yunayted” ¼ finalın ilk oyununda Fransanın “Lion” klubu ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda “Mançester Yunayted”də əsas itki Kobi Meyno, Matiyas De Lixt, Lissandro Martinez və Amad Diallonun adı ilə bağlıdır.
“Lion”da isə Ernest Nuamah və Malik Fofana baş məşqçi Paulo Fonsekanın sərəncamında olmayacaq.
Start fiti 23:00-da başlanacaq görüşü isveçrəli hakim Qlen Niberq idarə edəcək.