"Lion" yeni hücumçusunu İspaniyadan tapdı

"Lion" yanvar ayında "Real Madrid"in brazilyalı forvardı Endriki icarə əsasında heyətinə qatacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Globe Esporte" nəşri məlumat yayıb.

19 yaşlı futbolçu bu mövsüm cəmi 1 oyunda meydanda olub.

Qeyd edək ki, Endrikin dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.