"Lion"da ayrılıq

"Lion"un belçikalı futbolçusu Malik Fofana yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "İnter", "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Tottenhem" 20 yaşlı sol cinah vingeri transfer etmək niyyətindədir.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Fofana bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.