“Lion”dan Zaha açıqlaması

Bu mövsüm “Qalatasaray”dan “Lion”a icarə əsasında transfer olunan Vilfred Zahanın heyətdən kənarlaşdırılmasının səbəbi açıqlanıb.

Sportline.az “RMC Sport” saytına istinadən xəbər verir ki, “Lion”un baş məşqçisi jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Zahanı bu movsüm heyətimizə cəlb etdik. Ona cəza verdim. Çünki intizamsız hərəkətlər edirdi. Mənim cəzamın əsas məqsədi onun özünə gəlməsinə yardımçı olacaq. O dərk etməlidi ki, bu klubuna niyə gəlib”, - deyə Pierre Sage bildirib.

Qeyd edək ki, Vilfred Zaha bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 3 matçda 1 asistlə yadda qalıb.