"Lion"un oyunçusu Premyer Liqada çıxış etmək arzusundadır

"Lion"un futbolçusu Pavel Sulç karyerasını Premyer Liqada davam etdirmək istəyir.

Sportline.az xəbər verir ki, "Tottenhem" və "Aston Villa" 25 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, P.Sulç cari mövsüm meydana çıxdığı 35 matçda 14 qol, 10 asistlə yadda qalıb.