"Lids Yunayted" Niderland klubundan oyunçu transfer edir
"Lids Yunayted" "Feyenoord"un brazilyalı futbolçusu İqor Payşaonu heyətinə qatmağa yaxındır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə klubu 25 yaşlı futbolçu üçün 40 milyon avro təklif edib.
"Feyenoord"un rəhbərliyi bu təklifə müsbət cavab verib. Oyunçunun özüdə "Lids"də çıxış etmək istəyir.
Qeyd edək ki, İqor Payşao ötən mövsümü 47 matçda 18 qol 14 məhsuldar ötürmə ilə tamamlayıb.