"Liverpul" 17 yaşlı futbolçunu heyətə qatmaq istəyir

"Liverpul"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Qremio"nun brazilyalı futbolçusu Qabriel Mek Mersisayd klubunun maraq dairəsindədir.

17 yaşlı oyunçunun dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, Q.Mek bu mövsüm meydana çıxdığı 15 matçda 3 qolla yadda qalıb.