"Liverpul" 95 milyon funt sterlinq ödəməli olacaq

"Everton"un sabiq futbolçusu Entoni Qordon "Liverpul"un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

24 yaşlı sol cinah vingeri bu mövsüm meydana çıxdığı 35 matçda 10 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, E.Qordonun transfer qiyməti 95 milyon funt sterlinqdir.