"Liverpul" almaniyalı müdafiəçini transfer etmək niyyətindədir
"Borussiya Dortmund"un almaniyalı müdafiəçisi Niko Şlotterbek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Liverpul" Şlotterbeki heyəti qatmağı planlaşdırır.
25 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Şlotterbekin "Dortmund"la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 34 matçda 4 asistlə yadda qalıb.