“Liverpul” argentinalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır

"Liverpul" "Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarezi transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Alvarez bu mövsüm meydana çıxdığı 10 matçda 6 qol 2 asistlə yadda qalıb.