"Liverpul" Arnoldun yerinə onu transfer edəcək
"Liverpul"un ingiltərəli futbolçusu Trent Aleksander Arnold mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Arnoldun yerinə "Liverpul", "Çelsi"dən Malo Qustonu transfer etməyə çalışacaq.
Malu Qustonun transfer dəyəri 40 milyon avrodur. "Liverpul" bu məbləği "Çelsi"yə ödəməyə hazırdır.
"Liverpul" futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Malu Qustonun "Çelsi" ilə müqaviləsi 2030-cu ilə qədərdir.
O cari mövsüm "Çelsi"nin heyətində 15 rəsmi matçda iştirak edib. Aktivində 2 məhsuldar ötürmə var.