"Liverpul" "Arsenal"ın hücumçusunu istəyir

Növbəti mövsümə hazırlıqları davam etdirən "Liverpul" heyətini gücləndirmək barədə düşünür. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, bu dəfə "Arsenal"ın hücumçusu Aleks Oksleyd-Çemberleyn "mersisaydlılar"ın hədəfindədir.

"Liverpul" futbolçunun keçidi üçün 25 milyon funt-sterlinq xərcləməyə hazırdır. 

Qeyd edək ki, "Mançester Siti" və "Çelsi" də hücumçu ilə maraqlanır.