Liverpulda drammatik gecə, "Sevilya" yarımfinalda

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. SportLine.az xəbər verir ki, yarımfinalçıları müəyyənləşdirəcək 4 oyun eyni vaxtda başlayıb.

Diqqətlər, əsasən, İngiltərəyə yönəlib. Dortmundda "Borussiya"nın təzyiqinə tab gətirən "Liverpul" sərfəli nəticəni "Enfild roud"da qorumağa çalışıb. Drammatik anlarla yadda qalan görüşdə qonaqlar iki top fərqi ilə üstün olsalar da, matçın qalan vaxtında "mersisaydlılar"ın vurduğu üç qol vəziyyəti dəyişib. 

İspan duelində "Sevilya" "Atletik"i penaltilər seriyasında üstələyib. 

Digər ispan klubu "Vilyarreal" isə Praqada qələbə qazanıb.

"Şaxtyor" inamlı oyununu "Braqa" ilə matçda da davam etdirib.

14 aprel 2016
Avropa Liqası, 1/4 final (Cavab oyunları)

“Liverpul” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 4:3
Qollar: 
Origi, 48, Koutinyo, 66, Sako, 78, Lovren, 90+1 - Mxitaryan, 5, Obameyanq, 9, Roys, 57

Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok
Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)
Liverpul. “Enfild Roud” stadionu
İlk oyun – 1:1

“Sevilya” (İspaniya) – “Atletik” (İspaniya) - 1:2
Qollar: Qameyro, 59 - Aduriz, 57, Qarsiya, 80
Penalti seriyası: 5:4

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 2:1

“Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya) - 4:0
Qollar: Srna, 25 (pen.), Ferreyra, 43, 74 ( hər ikisi öz qapısına), Kovalenko, 50

Hakimlər: Pavel Kraloveç (Çexiya), Roman Slişko (Slovakiya), Martin Vilçzek, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Lvov. “Arena Lvov” stadionu
İlk oyun – 2:1

“Sparta” (Çexiya) – “Vilyareal” (İspaniya) - 2:4
Qollar: Doçkal, 65, Kreyçel, 71 - Bakambu, 5, 49, Kastilexo, 43, Bruno, 45+1

Hakimlər: Martin Atkinson, Mikael Mallarki, Stefen Çayld, Stüart Bart
Əlavə köməkçi hakimlər: Mikael Oliver, Kreyq Pauson (hamısı İngiltərə)
Praqa. “Generali Arena” stadionu
İlk oyun – 1:2