"Liverpul" "Brentford"un futbolçusunu transfer etmək niyyətindədir
"Brentford"un konqolu futbolçusu Yoane Vissa "Liverpul"dan təklif alıb.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside"nəşri məlumat yayıb.
28 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Vissanın klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.