"Liverpul" əzəli rəqibindən futbolçu alır
"Liverpul" "Everton"un forvardı İliman Ndiyayeni heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
26 yaşlı oyunçunun dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, Ndiyaye bu mövsüm meydana çıxdığı 27 matçda 6 qol, 3 asistlə yadda qalıb.