"Liverpul" fransalı forvardı transfer etməkdə israrlıdır

"Liverpul" fransalı hücumçu Hüqo Ekitikeni transfer etməyə çalışır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Mersisayd klubuna transfer olmaq istəyir.

Lakin "Ayntraxt"ın rəhbərliyi Ekitike üçün ən azı 90 milyon avro tələb edir. Hər iki klub arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Arne Slot Ekitikedən savayı, "Real"ın brazilyalı futbolçusu Rodriqonuda transfer edilməsini rəhbərliktən tələb edib.