"Liverpul" fransalı stopperi istəyir
"Renn" klubunun müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxın ola bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" fransalı oyunçunun transferində maraqlıdır. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
İngiltərə təmsilçisi Jakeni mövsümün sonunda müqaviləsi bitəcək İbrahima Konatenin mümkün əvəzləyicisi kimi nəzərdə tutur.
“Qırmızılar” 20 yaşlı mərkəz müdafiəçisini yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.