“Liverpul” futbolçusuna yeni müqavilə təklif edib

"Liverpul" fransalı futbolçusu İbrahima Konateyə yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "L'Èquipe" nəşri məlumat yayıb.

Mersisayd klubu Konatenin bu təklifi qəbul edəcəyini ümid edir.

Qeyd edək ki, 26 yaşlı oyunçunu "Real Madrid" transfer etmək istəyir.