"Liverpul" "İnter"ə 21 milyon avro ödəyəcək
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Liverpul" sözügedən oyunçunun sərbəst qalma məbləğini İtaliya klubuna ödəyəcək.
"Team Talk"un yaydığı məlumata görə Dumfiris sərbəst qalma məbləği 21 milyon avrodur.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 20 rəsmi matçda iştirak edib. 29 yaşlı oyunçunun aktivində 3 qol var.