"Liverpul" "İnter"ə 80 milyon avro ödəməlidir

"Liverpul" Alessandro Bastoni üçün "İnter"ə 80 milyon avro ödəməlidir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi italiyalı stopperin meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, A.Bastoni cari mövsüm meydana çıxdığı 35 matçda 2 qol, 6 asistlə yadda qalıb.