“Liverpul” “İnter”ə 88 milyon avro ödəməyə hazırdır

“Liverpul” klubu gələn ilin yayında “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni üçün rəsmi təklif göndərəcək.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 88 milyon avro ödəməyə hazırdır. Bu oyunçunun sərbəst qalma məbləğidir.

“İnter”in rəhbərliyi isə Bastonini satmaq fikrində deyil. Lakin son qərarı italiya futbolçunun özü verəcək.

Qeyd edək ki, 26 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 24 matçda 2 qol, 5 asistlə yadda qalıb.